25.06.2023
23.06.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 26 İyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı "Narkomaniya bəlasından birgə qurtulaq" başlıqlı onlayn oxucu konfransı keçirdi.
Konfransda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə İş Sektorunun baş məsləhətçisi Maarif Quliyev, Gəncə şəhər "Ailə sağlamlıq mərkəzi"nin həkimi Tükəzban Məmmədova, Vəkillər Kollegiyasının üzvü Gəncə şəhər 1 saylı vəkillər bürosunun vəkili Vüqar Süleymanov, GDU-nin Psixologiya kafedrasının baş müəllimi Alvina Babayeva, AYB üzvü Gəncə YB-nin sədri Xəzangül Hüseynova, 29 saylı tam orta məktəbin UTBR-i Mehriban Allahverdiyeva, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tarix müəllimi Yeganə İbrahimova çıxış etdilər.
Tədbirdə müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesin olduğu söylənildi. Narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir.
Sonda narkomaniyanın törətdiyi bəlalardan bəhs edən videoçarx yayımlandı.