25.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Zeyvə kənd folklor evində 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr gününə həsr olunmuş “ Ordum varsa, Yurdum var” adlı tədbir keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın içğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Zeyvə kənd İcra nümayəndəsi Şəhid ailələri, qazilər, müharibə veteranları , N saylı hərbi hissənin zabit və əsgər heyyəti, məktəblilər və kənd sakinləri iştirak etmişdilər.
Diqqətə çatdırıldı ki, bu gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik ordu formalaşmışdır. Bildirilmişdir ki, Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altından azad etmiş, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücayət ilə qəhrəmanlıq dastanı yaratmışlar. Azərbaycanın hərbi tarixinə Qızıl həriflərlə yazılan Vətən müharibəsindəki Şanlı Qələbənin qazanılmasında Ordumuzun ən müasir silahlardan istifadə etməklə qısa müddət ərzində düşmənin hərbi texnikasının böyük hissəsini və xeyli sayda canlı qüvvəsini məhv etdiyi vurğulanmışdır.
Daha sonra çıxış edən kapitan Şahin Səfərov Azərbaycan ordusunun yaranma tarixindən danışdı.
Tədbir məktəblilərin və musiqiçilərin ifasında hərbi vətənpərvərlik mövzusunda şeir və musiqi parçaları ilə sona çatmışdır.