23.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialında 23.06.2023- cü il tarixində Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 110 illiyi ilə əlaqədar "Həzin bir axşam" başlığı altında şeir saatı keçirildi.
Tədbirdə filialın müdiri Zeynəb Məmmədova çıxış edərək bildirdi ki, Nigar Rəfibəyli 1913- cü ildə Gəncə şəhərində doğulmuşdur. O, Azərbaycan ədəbiyyatında öz sözü,öz səsi olan, zərif təbiətə, incə ruha malik bir şairdir. O ictimai həyatda və yaradıcılığında mübarizələrlə dolu bir ömür yaşayıb.Öz dövrünün gerçəklikləri onun əsərlərinin mövzusu olmuşdur.
"İşıqlı dünyam","Günəşdən gənclik istədim","Zəfər nəğməsi" və neçə- neçə kitabları nəşr olunduğu gündən geniş oxucu marağı və sevgisi ilə qarşılanıb.O yazdığı uşaq şeirləri ilə də balaca oxucuları sevindirmişdir.
Tədbirdə iştirak edən fəal oxucular, 23 saylı məktəbin şagird kollektivi şairin yaradıcılığı haqqında geniş məlumat verdilər və şeirlərindən parçalar cəsləndi.