23.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 23.06.2023 - cü il tarixdə 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə "Şanlı ordum çox yaşa" adlı ədəbi - bədii gecə keçirildi. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilb. Tədbirin mövzusu ətrafında çıxışlar oldu,Azərbaycan ordusunun yaranma tarixi haqqında məlumat verildi və qeyd olundu ki, bu il ordumuzun yaranmasının 105 ili tamam olur.Tədbirin II hissəsində 3 saylı musiqi məktəbinin şagirdlərinin ifasında Ordumuza,Vətənə aid şeirlər,mahnılar səsləndirildi. Tədbirin sonunda iştirakçılar mövzu ilə əlaqədar sərgi ilə tanış oldular.