Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ağ ölümə YOX deyək” adlı məruzə keçirilib

23.06.2023

22 İyun 2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi  Kitabxananın xidmət şöbəsində  "26 İyun Narkomaniya ilə  Mübarizə Günü” ilə əlaqədar “Ağ ölümə YOX deyək” adlı məruzə keçirilib.

Tədbirə MKS-nin fəal oxucuları, gənc nəslin nümayəndələri iştirak edib. Gəncə MKS-nin kitabxanaçısı Lalə Dadaşova narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından məqsəd və vəzifələrini qeyd etdi. 

Kitabxanaçə gənc nəslin məlumatlandırılması, zərərli vərdişlərdən uzaqlaşdırılması,  narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olunması,  narkomaniyanın  qarşısının alınması mövzularının önəmini vurğulayıb.

 

159.6 KB