23.06.2023
22 iyun 2023-cü il tarixdə Mir Cəlal Paşayev Ev Muzeyində Milli Ordunun Yaranması gününə həsr olunmuş "Yenilməz Ordumuz" adlı tədbir keçirildi.Tədbirdə Gəncə şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagirdləri, N saylı hərbi hissənin əsgərləri, Əməkdar Mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradov və muzey kollektivi iştirak edirdi.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Muzeyin elmi işçisi Səadət Bağırova Milli ordunun yaranma tarixindən və bu günə qədər keçdiyi inkişaf yolundan danışdı. İkinci Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, bir daha onun gücünü dünyaya sübut etdi.
Gəncə Uşaq İncəsənət məktəbinin müəllim və şagirdləri vətənpərvər ruhlu ifalarıyla tədbirə rəng qatdılar.Məktəbin xanəndə müəllimləri Ədibə Hüseynova "Şuşanın dağları", Zaur Dadaşov isə "Xudayar təsnifi"-ni ifa etdi. "Zəfər" insturmental ansamblı ədəbi-bədii kompozisiya ilə cıxış etdi.
Məktəbin direktoru Təvəkgül Hüseyinlinin cıxışı maraqla qarşılandı.Sonda muzeyin Direktoru İradə İbayeva tədbirdə qonaq olan əsgərləri təbrik edərək, tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi