22.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət evində Şəfəq kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 26-İyun Milli Silahlı Qüvvələr Gününə həsr olunmuş "Ordumuz qürurumuzdur"adlı tədbir keçirilib.
Tədbirdə mədəniyyət evinin əməkdaşları, Qaraçinar kənd İcra nümayəndəsi, Şəhid ailələri, qazilər, müharibə veteranları və məktəblilər iştirak etmişdilər.
İlk öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə açan Qaraçinar kənd Mədəniyyət evinin direktoru Tahirə İmanova iştirakçıları salamlayaraq 26-İyun Milli Silahlı Qüvvələr Günü münasibəti ilə xalqımızı təbrik etmişdir.Tədbirdə çıxış edən Qaraçinar kənd İcra nümayəndəsi Rəşid Xuduyev Milli Ordumuzun yaranma tarixi və Ali Baş Komandanın rəhbərliyi ilə ən yeni tariximizin şərəfli səhifəsi kimi, xalqımızın tarixinə və yaddaşına əbədi həkk olan, dünya hərb tarixinə qızıl hərflərlə yazılan unikal döyüş taktikası olan Milli Ordumuzun rəşadəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Daha sonra çıxış edən Şəfəq kənd sakini Birinci Qarabağ müharibəsi qazisi Bayraq Ordenli Telman Orucov Azərbaycan Ordusunun xalqımıza məxsus tarixi,milli-mədəni,dini abidələrimizi darmadağın edən işğalçı erməni ordusunun və silahlı birləşmələrini məhv edərək Azərbaycanın incisi Şuşanın qeyri adi döyüş üslu ilə azad edib Qarabağda Zəfər nəgmələrini səsləndirdiklərini qeyd etmişdir.Tədbir mədəniyyət işçilərinin və məktəblilərin ifasında Müzəffər Ordumuzun qəhramanlıgını tərənnüm edən şeir parçaları və musiqi nömrələri səsləndirmişdir.