22.06.2023
22 iyun 2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Şəhər kitabxana filialı, Heydər Əliyev Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxananın əməkdaşları ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin müfəttişi Cəmil Heydərlinin iştirakı ilə Heydər Əliyev Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Gününün yaranmasının 105 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanda Ordu Quruculuğu “ adlı tədbir keçirdilər. İlk öncə Ulu Öndər Herdər Əliyevin abidəsi tədbir iştirakçıları tərəfindən ziyarət edildi.Tədbiri giriş sözü ilə Şəhər kitabxana filialının müdiri Nərgiz Məmmədova açıq elan etdi. Ümummilli Lider Heydər Əliyev başda olmaqla, Silahlı Qüvvələrin yaranmasında əməyi olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, keçirilən tədbir haqqında iştirakçılara məlumat verdi. Çıxış üçün söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin
müfəttişi Cəmil Heydərliyə verildi. Cəmil Heydərli Silalı Qüvvələrin yaranmasında Ulu Öndər Heydər Əliyevin rolundan danışdı. Daha sonra Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva və Oxu zalının müdiri Ülviyyə Kazımova mövzu ətrafında çıxış etdilər. Tədbir videoçarx izlənilməsi ilə başa çatdı.