Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kainatın sirrinin açarı – kitab” adlı səhərcik

15.09.2018

Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialı 21 saylı tam orta məktəblə birgə 15 sentyabr – Bilik günü münasibətilə “Kainatın sirrinin açarı – kitab” adlı səhərcik təşkil etmişdir.

Tədbir Azərbaycan Respublikasının Himninin sədaları altında başlandı.

Tədbiri 21 saylı tam orta məktəbin direktoru Vidadi Quliyev açaraq bütün tədbir iştirakçılarını xüsusilə də, məktəbə yenicə qədəm qoyan 1-ciləri bu bayram münasibətilə təbrik etdi.

Daha sonra şagirdlərin ifasında vətənə, bayrağa, məktəbə, kitaba, elmə aid şeirlər səsləndi və rəngarəng musiqi ifaları, rəqslər bir-birini əvəz etdi.

Səhərcikdə həmçinin “Bilik xəzinədir, kitab onun açarı” adlı kitab sərgisi nümayiş olundu.