Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sağlamlığınızın qədrini bilin ” adlı dəyirmi masa keçirilib

22.06.2023

21.06.2023-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi Narkomaniya və Narkobiznesə qarşı  Beynəlxalq Mübarizə Günümünasibəti ilə “Sağlamlığınızın qədrini bilin ” adlı dəyirmi masa keçirib

Tədbir fəal oxucular ilə birgə keçirildi.

Tədbiri uşaq şöbəsinin müdiri Venera Məmmədova açaraq qeyd etdi ki, bu gün,narkomaniya beynəlxalq ictimayyəti ən çox narahat edən məsələlərdən biridir. Bu dəhşətli xəstəliyin nəticələri qlobal fəlakətə gətirib çıxara bilər. Narkomaniya və digər zərərli vərdişlərin fəsadları, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına verdiyi ziyanlar haqqında ətraflı məlumat vermək, onları  belə neqativ əməllərdən çəkindirərək, şagirdləri təhsillə, elmlə, idmanla məşğul olmağa çağırmaqdır.

Kitabxananın drektoru Telli Nəsibova uşaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Bildirdi ki, uşaqların milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir.

Kitabxanaçı Zəminə Məmmədova dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışdı. Qeyd etdi ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. 

Multumediya Resusları Üzrə Mütəxəssis İlahiyyə Sadıqova çıxış edərək, hər bir cəmiyyətin gələcəyini təmin edən bağlıca ünsür yeni nəsildir.Ona görə də yeni nəslin yetişməsi, gələcəyimiz olan uşaqların tərbiyə olunması, şəxsiyyət kimi formalaşması kimi məsələlər cəmiyyətin borcudur. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideyinlərdən və əsasən də müəllimələrdən asılıdır.

Sonda uşaqları maraqlandıran suallar dolğun şəkildə cavablandırıldı.

 

159.3 KB