22.06.2023
21 iyun 2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Akt zalında FHN Aran Regional Mərkəzinin, Mərkəzi Kitabxananın və Mədəniyyət Mərkəzinin iştirakı ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda seminar keçirildi. Seminarı FHN Aran Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçisi Məzahir Qocayev açaraq regionlarda baş verən təbiət hadisələrindən və onlardan qorunmaq üsulları haqqında məlumat verdi. Ərazi orqanları ilə iş şöbəsinin baş zabiti daxili xidmət mayoru Azər Mahmudov Fövqəladə hallarla bağlı davranış qaydaları,yanğından mühafizə,fərdi yaşayış evlərində,idarələrdə və digər iş yerlərində baş verə biləcək hadisələrin qarşısının alınması və hansı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı çıxış etdi. Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev,Mərkəzi Kitabxananın Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva FHN əməkdaşlarına mövzu ilə bağlı suallar verdilər.