20.06.2023
20 iyun 2023-cü il tarixdə Goranboy rayon Gənclər və İdman İdarəsində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzi,Mərkəzi Kitabxana və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “26 İyun – Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə Günü” ilə əlaqədar “Narkomaniya:çətin və erkən ölüm” adlı elmi-praktik konfrans keçirildi. Tədbiri Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva açaraq narkomaniyanın zərərləri barədə ümumi məlumat verdi. Mərkəzi Kitabxananın Oxu zalının müdiri Ülviyyə Kazımova cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında yaratdığı sağalmaz fəsadlar haqqında geniş məlumat verdi. Sonda Gənclər və İdman İdarəsinin gənc könüllüləri Rəsul Paşazadə,Nadir Əliyev, Cabbar Əliyev və Emil Həsənov narkomaniyanın törətdiyi faciələr barəsində öz fikirlərini bildirdilər.