Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 sentyabr Milli Musiqi Günüdür

18.09.2018

Goranboy rayonu Dəliməmmədli şəhər Uşaq Musiq məktəbində 18 sentyabr Milli Musiqi Günü münasibəti ilə tədbir keçirilmişdir.

Məktəbin direktoru Məhsəti Əliyeva Milli Musiqi Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş , dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə danışmışdır.

Sonra məktəbin şagird və müəllimlərinin ifasında Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert təqdim olunmuşdur