Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərif Qayıbovun 103 illiyinə həsr olunmuş tədbir keçirilib.

20.06.2023

19.06.2023-cü il tarixində Gəncə şəhər Zərif Qayıbov adına 5 saylı uşaq musiqi məktəbində Ümumilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Zərif Qayıbovun 103 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.Bu tədbirə dəstəyi olan məktəbin direktor əvəzi Qahirə Məmmədova , tədbiri təşkil edən xalq çalğı alətləri şöbəsinin müdiri Elməddin Qulamova təşəkkürümüzü bildiririk.

Tədbirdə xalq çalğı alətləri şöbəsi,fortepiano şöbəsi və xor kollektivi rəngarəng konsert proqramı ilə çıxış etdilər.

Həmçinin tədbirdə Zərif Qayıbovun qohumu Bakı Beynəlxalq Muğam Mərkəzinin inzibatçı vəzifəsini icra edən Rüstəm Qayıbovun mənəvi dəstəyi olmuşdur. Tədbirdə Fikrət Əmirov adına Gəncə Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru Qəhrəmanov Xəyal, Elçiyev Elçin, Əməkdar müəllimlər Hüseynov Arif, Məmmədov Mahir, Məmmədov Sabir və Zərif Qayıbov sevərlər iştirak etmişdilər. Tədbirdə iştirak edən bütün qonaqlara, məktəbin müəllim və şagirdlərinə dərin minnətdarlığını bildirib

 

117 KB