20.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı kitabxana filialında 20.06.2023- cü iI tarixdə ”Çiçək ətirli balalar” başlığı altında nağıl saatı keçirildi. Tədbiri 5 saylı kitabxana filialının böyük kitabxanaçısı Elnarə Rəcəbova açaraq iştirakçıları salamladı. O, çıxış edərək bildirdi ki, kitab oxumaq insanın informasiya təlabatını ödəmək və mütaliəyə həvəsləndirməkdir. Tədbirdə 13 saylı məktəbin şagirdləri iştirak edirdi. Uşaqlar kitabxanamızda olan rəngarəng nağıl kitabları ilə tanış oldular. Kitabxanaçı Şahzadə Hüseynova uşaqlara "Paslı qılınc" nağılını söylədi . Maraqlı keçən nağıl saatı uşaqların böyük marağına səbəb oldu.