20.06.2023
20 iyun 2023-cü il tarixində Mədəniyyət işçilərinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyev ili çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi, 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə "Zəfərin mübarək Azərbaycan Ordusu" adlı tədbir keçirilib.
Keçirilən tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin nəzdində kənd və qəsəbələrdə fəaliyyət göstərən Məşədiqaralar, Səfikürd, Borsunlu, Qaradağlı, Muzdurlar, Qazanbulaq qəsəbə Mədəniyyət Evləri, Kələk, Şıxlar, Həmənli, Gülməmmədli, Qarasuçu,Qırıxlı,Goranboy şəhər 1 və 2 saylı, Nadirkənd, Alpout, Veyisli kənd Klublarının rəhbərləri, Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev, Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Nicat Məmmədov, Rauf Behbudzadə, YAP Goranboy rayon Təşkilatının sədri Elçin İsmayılov, Eyvazlılar kənd ümumi orta məktəbin direktoru Göyüş Nağıyev, İctimayətçi Rəhman Səfərov və Goranboy rayon Muzdurlar kənd sakini Vətən müharibəsi Şəhidi Mayor Əlövsət Məmmədovun ailəsi iştrak etdilər.
Tədbir iştrakçıları ilk öncə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər qərənfillər düzərək xalqın müdrik oğlunun əziz xatirəsini ehtiramla yad etdilər.
Sonra Goranboy rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirildi.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət işçisi, tədbirin təşkilatçısı Elçin Tağıyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Eyni zamanda keçirilən tədbir haqqında geniş məlumat verdi.
Çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirdi.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında şanlı ordumuz 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək Ermənistan ordusunun “məğlubedilməzliyi” haqqında mifi darmadağın etdi. Natiq deyib ki: “Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində çox mühüm işlər görülüb və görülür.
44 günlük Vətən Müharibəsində əldə olunan şanlı qələbə bunu bir daha sübut edir”.
Çıxış edən ziyalı Göyüş Nağıyev bildirdi ki, “Ulu Öndərimiz Heydər Əliyev hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir.
Ümummilli lider 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Eyni zamanda Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcə də SSRİ-nin digər məktəblərində oxuması üçün tədbirlər gördü. Heydər Əliyevin SSRİ dövründəki ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini vermişdir. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Ali Baş Komandanımız İlham Əliyev cənabları da Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur deyə G. Nağıyev bildirdi.
Çıxış edən Mədəniyyət işçilərindən Rəsmiyyə Paşayeva , Mahirə Ərcüməndi Milli Ordunun yaranması günü münasibətilə tədbir iştrakçılarını təbrik etdilər, ordumuzun naliyyətlərindən danışmış və uğurlar arzuladılar.
Sonda 44 günlük Vətən müharibəsinin Şəhidi Mayor Əlövsət Məmmədovun övladları vətənpərvərlik mövzusunda şeirlər söylədilər.