Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

20.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 20.06.2023-cü il tarixdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə  narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən videoçarx iştirakçılara təqdim olunub. Tədbirdə müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verilib. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından  ətraflı  məlumat verilib.  Çıxışlarda respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının
alınmasında, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürüblər.

 

65.1 KB