Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı Cəngavəri” adlı anım saatı keçirilib

20.06.2023

19 İyun 2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Şəhər kitabxana filialı Heydər Əliyev Mərkəzində 1-ci Qarabağ döyüşçüsü Xocalı sakini Milli Qəhrəman Əlif Lətif oğlu Hacıyevin anadan olmasının 70 illiyi münasibətilə “Xocalı Cəngavəri” adlı anım saatı keçirdi. Torpaqlarmızın azadlığı uğrunda şəhid olan azərbaycanlıların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhər kitabxana filialının multi media mütəxəssisi Kəmalə İsmayılova anım saatını açıq elan etdi və Milli Qəhrəman Əlif Hacıyevin həyatından və keçdiyi döyüş yolu haqqında iştirakçılara məlumat verdi. Müharibə veteranları Xanlar Hacıyev və Bəhruz Hüseynov mövzu ətrafında çıxış etdilər.Heydər Əliyev Mərkəzinin əməkdaşı Rəvanə Məmmədova şəhid ailələrinə və müharibə veteranlarına ölkə prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğıdan danışdı. Anım saatı “Səhidlər Ölməz Vətən Bölünməz” adlı lövhə qarşısında şəkil çəkdirməklə başa çatdı.

 

160 KB