20.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın Xidmət şöbəsində II Qarabağ döyüşləri şəhidləri Bayramov Həsən və Abbasov Nurhanın ailəsi ilə “Ölməz qəhrəmanlar-Şəhidlik zirvəsi” adlı görüş təşkil edildi.
Tədbirdə ilk öncə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Xidmət şöbəsinin müdiri Aidə Abdullayeva hər iki şəhidlə bağlı qısa məlumat verdikdən sonra şəhidlərə həsr olunmuş videoçarx nümaqyiş olundu. Tədbirdə iştirak edən AYB-nin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, şairə Aləmzər Əlizadə, GDU-nun dosenti, Turan Beynəlxalq Akademiyasının Akademiki, şair, alim Bayram Apoyev, Gəncə UGİM şöbə müdiri Afaq Qədirova, Gəncə şəhər 21 saylı məktəbin müəlliməsi Nəzakət Qafarova?şəhid analarə Rəbiyyə və Nənəxanım ana, Ticarət və Xidmət üzrə Gəncə şəhər Peşə Təhsil Mərkəzi 3 saylı litseyinin müəlliməsi Mehri İbrahimova çıxış edərək-II Qarabağ savaşı, şəhidlik, şəhidlər, şəhidliyion uca məqamından, qazi və şəhidlərimizin şücaətindən danışdılar. Şəhidlərin valideynləri –şəhid Həsən Bayramovun atası Bəhrəm Bayramov, anası Ruhiyyə xanım, xalaları Şura, Şəhla xanım, hərbiçi iş yoldaşları Həsən Bayramola bağlı xatirələrini bölüşdülər. Şəhidin əkiz bacısı Ayna xanım qardaşı ilə bağlı xoş xatirələrini, qardaşının döyüş yolundan, şücaətindən göz yaşları içində danışaraq bütün tədbir iştirakçılarını məyus etdi və hər kəs Həsənin nəinki şücaətli bir əsgər, necə bir sevgi dolu övlad, arxa-dayaq bir qardaş olduğundan xəbərdar oldular. Şəhid Nurhanın valideynləri- Ələstən Abbasov, Səidə xanım, bacısı Nuranə xanım, bibisi, döyüş dostu, qazi Şöhrət Məhərrəmli, dostu və yaxın qohumu olan Rövşən Allahverdiyev də şəhid Nurhanla bağlı xatirələrini, onun könüllü olaraq döyüşə yollanmasını, hər şeydən üstün
vətənini hesab edərək onun uğrunda edə biləcək fədakarlığından danışdılar. Hər iki şəhidin bacısı övladları balaca Zəhra və Aylin şəhidlərə həsr olunmuş şeirlər ifa etdilər. Sonda çıxış edən MKS-nin direktor vəzifəsini icra edən Gülünaz İsgəndərova şəhid ailələrinə yenidən başsağlığı və səbr diləyərək, bu fəxarətli adla daim başı uca gəzməyi, şəhid bacılarına səbrli olub bu fəxri kursunun, ali mərtəbə sahibləri şəhidlərin bacısı adı ilə daim qürür duymalarını söylədi. Və bütün iştirakçılara tədbirdə iştiraklarına görə minnətdarlığını bildirdi. Sonda şəhid ailələri ilə xatirə şəkilləri çəkildi.