19.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 18.06.2023-cü il tarixində Xalq şairi Rəfibəyli Nigar Xudadat qızının anadan olmasının 110 illiyi münasibətilə “Bircə kəlmə sözüm qalsa dünyada” adlı kitab xülasəsi təşkil etdi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva Xalq şairi Nigar Rəfibəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək ədəbi yaradıcılığını poeziya ilə yanaşı, tərcümə sahəsinədə həsr etməsindən, hər ikisinidə böyük sənətkarlıq nümunələri yaradaraq necə bir mükəmməllik yaratdığından danışdı. “İşıqlı dünyam” , “Günəşdən gənclik istədim” , “Həzin bir axşamda düşərsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” , “Zəfər nəğməsi” , “Yol xatirələri”, “Avropa ətrafında səyahət gündəliyindən”, “Seçilmiş əsərləri” kitablarının xülasəsini edən MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva “Nigar Rəfibəylinin çiçək
dünyası” adlı videoçarxı iştirakçılara təqdim etdi.