19.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı 4 saylı məktəbin 9b sinif şagirdləri ilə birgə II Qarabağ müharibəsi şəhidi Taleh Məhərrəm oğlu Abdullayevin anadan olmasının 30 illiyi ilə əlaqədar “Şəhid varsa, Vətən var” başlığı altında anım günü keçirdi.İlk öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri 1 saylı kitabxana filialının böyük kitabxanaçısı Lalə Kərimzadə açaraq, Azərbaycanın apardığı 44 günlük müharibənin ədalətli və müqəddəs olduğunu bildirdi. Lalə şəhid Taleh Abdullayevin keçdiyi həyat yolundan, Azərbaycanın igid əsgəri kimi Tərtər rayonunun Suqovuşan kəndi, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsindən və 17 oktyabr 2020- ci ildə Füzuli rayonunda şəhidlik zirvəsinə ucalmasından danışdı. 1 saylı kitabxananın multimedia resursları üzrə mütəxəssisi Əliyeva İlhamə şəhid Taleh Abdullayevin döyüş zamanı göstərdiyi şücaətindən, el arasında sevilməsindən, şəhidliyə layiqli övlad olmasından bəhs etdi. İlhamə qeyd etdi ki,Abdullayev Taleh Məhərrəm oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.Allah bütün şəhidlərimizə rəhmət eləsin.