Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq şairi Nigar Rəfibəylinin 110 yubileyinə həsr olunmuş tədbir keçirilib

19.06.2023

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, AMEA Gəncə bölməsi və AYB Gəncə bölməsinin
təşkilatçılığı ilə Xalq şairi Nigar Rəfibəylinin 110 yubiley ilinə həsr edilmiş tədbir 16.06.2023-cü ildə Xan bağında Xalq şairi Nigar Rəfibəylinin heykəli önündə başladı.

Tədbiri AYB Gəncə bölməsinin sədri, əməkdar mədəniyyət işçisi, şair- dramaturq Xəzangül Hüseynova açaraq, iştirakçıları salamladıqdan sonra şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.

Xəzangül Hüseynova Nigar xanımın poetik dünyasının özünə məxsusluğu, Nigar poeziyasının məziyyətlərindən danışdı. Bu tədbirin həyata keçməsi üçün AMEA Gəncə bölməsinin və Gəncə Regional Mədəniyyət İdarəsinin yaxından iştirakını xüsusilə qeyd etdi. Sonra sözü Gəncə şəhərinin ictimai-siyasi həyatında, keçirdiyi bütün tədbirlərdə fəal və fədakar missiyasına görə böyük nüfuz sahibi AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevə verdi. Fuad müəllim Nigar xanım şəcərəsindən, onun atası Xudadat bəyin misilsiz xidmətlərindən söz açaraq Nigar xanımın poetik dünyasının aşiqlərindən biri olduğunu söylədi. Gəncə Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Süleyman Əliyev öz çıxışında Nigar xanımın mənəvi dünyasından, onun oğlu böyük yazıçı Anardan, nəvəsi Günel xanımdan bəhs edərək Azərbaycan ədəbiyyatında Rəsul Rza və Nigar xanımın tutduğu mövqedən bəhs etdi.

Tədbirdə bütün mahnıların sözləri Nigar Rəfibəyliyə və musiqisi Emin Sabitoğlunun əsərləri səsləndi.

Tədbirdə “Alagözlüm” Uşaq İncəsənət məktəbinin müəllimi Zaur Dadaşov, “Aman ayrılıq” Uşaq İncəsənət məktəbinin müəllimi Zəminə Nuriyeva,Uşaq İncəsənət məktəbinin müəllimi  Ədibə Hüseynov “Dağları duman alanda”  ifalarını səsləndirdilər.

Tədbir iştirakçılarından AMEA-nın əməkdaşılarından Filologiya elmləri üzrə fəlsəfə doktoru, Nizami mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Filologiya elmləri üzrə fəlsəfə doktoru, Humanitar əlaqələr institunun şöbə müdiri Ruziyə Quliyeva, Pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dossent Aləmzər Tağıyeva Nigar Rəfibəyli yaradıcılığından söhbət açdılar.  

Şair və yazıçılardan Qərib Mehdi, Rəfiqə Sadıqova, Nüşabə Əsəd Məmmədli, Aləmzər Əlizadə, Sahib İbrahimli, Bayram Apoyev, Zaur Quliyev, Cavanşir Qocayev, Bəxtiyar Muradov, Lətif Zərgər, Eltun Türkel öz ürək sözlərini söylədilər. Xəzangül Hüseynova yaxından kömək etdiyinə,  görə Mədəniyyət İdarəsinin əməkdaşı Rahib Hüseynova və Uşaq İncəsənət məktəbinin direktoru Təvəkkül Hüseynliyə təşəkkür etdi.

Əməkdar artist Rahilə Məmmədova, Nigar Rəfibəyli adına 43 saylı orta məktəbin şagirdi Türkay Bədəlova Nigar Rəfibəyli poezyasından nümunələr söylədilər.

Tədbirdə “Güllər” Uşaq İncəsənət məktəbinin müəllimi Zəminə Nuriyeva və Zaur Dadaşov, müşayiət edir: “Gəncə qönçələri” ansamblı, ansamblın bədii rəhbəri Məsud Kərimov.

Tədbirin sonunda bütün iştirakçılar tərəfindən Nigar Rəfibəylinin heykəli önünə gül dəstələri qoyuldu və xatirə şəkilləri çəkildi.

 

826.8 KB