19.06.2023
16 iyun 2023-cü il tarixdə Goranboy rayon Ailə, Qadın və Uşaqlara Dəstək Mərkəzində 18 may - 18 iyun "İnsan Hüquqları aylığı" çərçivəsində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə "İnsan Hüquqlarının Hüquq Bərabərliyi" mövzusunda diskussiya şəklində tədbir təşkil olundu. Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaqlara Dəstək Mərkəzinin sosial- pedaqoqu Südabə Həsənova İnsan hüquqları haqqında ümumi məlumat verdi. Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva, Xidmət Şöbəsinin müdiri Səidə Abdullayeva, Oxu zalının müdiri Ülviyyə Kazımova mövzu ətrafında öz fikirlərini bildirdilər.