Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev və gəncliyimiz” başlığı altında tədbir keçirilib

19.06.2023

 Mir Cəlal Paşayev Ev Muzeyi və Uşaq İncəsənət Məktəbinin birgə təşkil etdiyi "Heydər Əliyev və gəncliyimiz" başlığı altında tədbir keçirildi. Tədbiri muzeyin elmi işçisi Ellada Tağıyeva apardı.

İlk öncə Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Uşaq İncəsənət Məktəbinin fortopiano müəllimi Gültəkin Orucova sinif konserti ilə çıxış etdi.  Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər, yerli və xarici bəstəkarların musiqiləri  səsləndirildi. Uşaq İncəsənət Məktəbinin direktoru Təvəkgül Hüseynli, məktəbin tədris işləri üzrə direktor müavini Ziyafət Mərdanova və muzeyin direktoru İradə İbayeva çıxış edərək Heydər Əliyevin mədəniyyətə, uşaqlara göstərdiyi qayğı və diqqətdən danışdılar.

Sonda məktəbin müəllimi Gültəkin Orucovaya belə istedadlı və bacarıqlı şagirdlər yetişdirdiyinə görə öz təşəkkürlərini bildirdilər, şagirdlərə isə növbəti tədris ilində uğurlar arzuladılar. Tədbirin sonunda vokal şöbəsinin şagirdlərinin ifasında Müslüm Maqomayevin "Azərbaycan" mahnısı səsləndi

 

126 KB