16.06.2023
Gəncə şəhər 3 saylı uşaq musiqi məktəbində 14 İyun 2023 cü il tarixdə 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib İlk öncə qanları ilə tarix yazan bizə azad yaşamağı nəsib edən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Aparıcı fortepiano şöbəsinin müəlliməsi Gülcin Məmmədova idi.
Konsertdə məktəbin bütün şöbələrində təhsil alan şagirdlər iştirak edirdilər. Xalq calğı alətləri, nağara, skripka, fortepiano, nəfəsli alətlər və xor kollektivinın istedadlı şagirdləri öz maraqlı cıxışları ilə hər kəsi feyziyab etdi.Sonda xanəndə sinfinin müəllimi Hüseyn Abbasovun ifasında Qarabağ Şikəstəsi səsləndi.