16.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitsbxana filialında 16.06.2023- cü il tarixində Azərbaycanda İnsan Hüquqları və vəzifələri günü ilə bağlı "Sənin hüquq və vəzifələrin" başlığı altında söhbət keçirildi.
Multi- media resursları üzrə mütəxəssis Aidə Abdullayeva çıxış edərək bildirdi ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra azadlığı, insan hüquqlarını , ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir.İnsan hüquqları amili xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin əsası olmuşdur.1998- ci il iyunun 18- də İnsan Hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq olunmuşdur.Bizim ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlarda yüksək qiymətləndirirlər.
Hər bir şəxs özünün hüquülarını bilməlidir.Bilməliyik ki, bizim təhlükəsiz yaşamaq, şərəf və ləyaqətimizi qorumaq, azadlıq, mülkiyyətə sahib olmaq, fikir və söz azadlığı, vicdan azadlığı və s.kimi hüquqlarımız vardır.Bizim bütün hüquqlarımıza dövlət təminat verir.