Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nigar Rəfibəyli poeziyasında ana məhəbbəti,qadın səadəti,övlad sevgisi” mövzusunda söhbət keçirilib

16.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 16.06.2023 - cü il tarixdə çoxsahəli yaradıcılığı ilə ədəbiyyat tariximizdə silinməz izlər salan,həmyerlimiz Nigar Rəfibəylinin anadan olmasının 110 illik yubileyi münasibətilə "Nigar Rəfibəyli poeziyasında ana məhəbbəti,qadın səadəti,övlad sevgisi" mövzusunda söhbət keçirildi.Tədbirin aparıcısı kitabxanaçı Könül Mirxudayeva çıxışına Nigar Rəfibəylinin ana şeiri ilə başladı və qeyd etdi ki,şairənin poeziyasında daim müraciət etdiyi bir mövzu həmişə diqqət çəkib, bu, ana məhəbbəti,qadın səadəti,övlad sevgisidir və bu mövzu onun şeirlərində Tanrı zirvəsinə qalxa biləcək bir dünyadır.Sonra iştirakçılar çıxış edərək mövzu ilə əlaqədar öz fikirlərini bildirdilər.Tədbirin sonunda kitabxanaçı qeyd etdi ki,Nigar xanım Azərbaycan poeziyasının elə bir işıqlı ulduzlarındandır ki,o həmişə sənət aləmində görünəcək və parlayacaqdır.

 

202.8 KB