Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli Qurtuluş Günü-Xalqımızın şərəf tarixidir” adlı onlayn tədbir keçirilib

16.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialı 15 iyun Milli Qurtuluş günü münasibətilə 15.06.2023-cü il tarixində “Milli Qurtuluş Günü-Xalqımızın şərəf tarixidir” adlı onlayn tədbir təşkil etdi. Tədbirdə Ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin tarix müəllimi Vəfa Hacıyeva , Azərbaycan dili və ədəbiyyat müəllimi Mərquşə İbrahimova, Kəlbəcər rayon 109 saylı tam orta məktəbin direktor müavini tarix müəllimi Şikar Baxışov, Gəncə şəhər Yazıçılar Birliyinin baş məsləhətçisi şairə Aləmzər Əlizadə, Avropa-Azərbaycan məktəbinin müəllimi Sevil Əliyeva, ADPU-nun filologiya fakültəsinin IV-kurs tələbəsi Hüseyn Əliyev 15 İyunun xalqımız üçün əsl qurtuluş tarixi olmasından, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və
qurucusu kimi daxil olmasından , Azərbaycanın bu gün əsası 15 iyunla qoyulan strategiya ilə böyük Zəfər yolundan keçməklə inkişaf etməsindən danışdılar. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin və Kəlbəcər rayon 109 saylı tam orta məktəbin şagirdləri 15 iyun Milli Qurtuluş günü, Ümummilli Lider Heydər Əliyev, Ali baş Komandan İlham Əliyev haqqında təqdimatlar şeirlər söylədilər. Tədbirdə “15 iyun Milli Qurtuluş günü -Xalqımızın şərəf tarixi” adlı videoçarx nümayiş edildi.

 

1.5 MB