Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Üzeyir Musiqi Günü

18.09.2018

Z.Qayıbov adına Gəncə şəhər 5№ -li Uşaq musiqi məktəbində 18 Sentyabr Milli Musiqi günü dahi bəstəkar . pedaqoq, publisist, siyasi xadim Üzeyir Hacıbəyliyə həsr olundu.

Məktəbin nəzəriyyə müəllimi Nuranə Paşayeva Milli musiqi günü barədə və dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.

Sonra məktəbin müəllimləri, Saleh Talıbov, Şahin Mirzəyev, İlqar Nəcəfov, Türkan Aslanova və şagirdlərin ifasında maraqlı konsert proqramı təqdim olundu.