16.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialı 16.06.2023-cü il tarixdə Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Narkotikdən istifadənin səbəbləri və nəticələri” başlıqlı informasiya saatı keçirtdi. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükut ilə yad edildi. Tədbiri açıq elan edən 9 saylı kitabxana filialının böyük kitabxanaçısı Təranə Həsənova, Gəncə şəhər 37 saylı orta məktəbin tibb bacısı İlhamə Əliyeva çıxış edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yeniyətmələr arasında aludəçilik hallarının geniş yayılmasının səbəbləri haqqında ətraflı məlumat verdilər. Daha sonra narkotik vasitələrin sağlamlığa necə təsir etməsi haqqında söhbət açıldı. Mövzü ətrafında fikirlərini bölüşən uşaqların sualları cavanlandırılaraq, onlara tez-tez kitab oxumağı, sağlam həyat tərzi keçirməyi tövsiyyə olundu.