Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli Qurtuluşdan İntibaha” adlı ümumrayon tədbiri keçirilib

14.06.2023

14.06.2023-cü il tarixində Xocalı rayon Mədəniyyət evində Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Günü ilə əlaqədar olaraq “Milli Qurtuluşdan İntibaha” adlı ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə baş məsləhətçisi Ruslan Bəşirov, Xocalı rayon mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak etdilər. İlk öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Xocalı rayon Mədəniyyət evinin direktoru Hafiz Abbasov məruzə ilə çıxış edərək 15 İyun-Milli Qurtuluş Gününün mahiyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırdı. O bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm
başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. Xocalı ziyalısı Ramiz Qəhramanov çıxış edərək bildirdi ki, Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Ulu Öndərin siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi
qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır. Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək bildirdi ki, ötən  illər ərzində Azərbaycan dünya miqyasında öz layiqli yerini tutmuş, böyük iqtisadi potensiala malik bir ölkəyə çevrilmişdir. Hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı  getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır. Bütün bunlar dövlətmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olur. Respublikamızın sosial-iqtisadi, mədəni-siyasi inkişafına öz töhfəsini verir. Biz əminik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş  Azərbaycan xalqı öz dövlət müstəqilliyini, suverenliyini göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək, gələcəyə doğru inamla aparacaqdır. Sonda “Milli Qurtuluşdan İntibaha” adlı sənədli film tədbir iştirakçılarına nümayiş etdirildi.

 

172.1 KB