14.06.2023
Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon Sərkar Uşaq musiqi məktəbi Samux rayon Yeni Azərbaycan Partiyasında 15 iyun Qurtuluş gününə həsr olunmuş konsert proqramı ilə çıxış etdi. İlk öncə məktəbin direktoru Səadət Məmmədbəyova çıxış edərək Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki,həmin günlərdə onunb gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun Milli Qurtuluş Günüdür. Daha sonra məktəbin Xor kollektivi Oktay Rəcəbovun Ulu Öndər mahnısını, Bəxtiyar Nəsibov "Qarabağ" Fuad Ramazanovun ifasında,xalq mahnısı "Ay Dilbər" 4-cü Respublika müsabiqəsinin diplomantı Səlim Əliyevin ifasında, Emin Sabitoğlu "Nə gözəldir Azərbaycan" İslam Əlizadənin ifasında , Ritmik muğam, "Qarabağ şikəstəsi" Hüseyn Abbasovun ifasında səsləndirildi. Sonda bütün ifaçıların iştirakı ilə R.Məmmədov Yaşa Azərbaycan mahnısını səsləndirildi.