Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanın taleyini dəyişən zəfər tarixi” başlığı altında mövzu gecəsi keçirilib

14.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 14.06.2023-cü il tarixdə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” başlığı altında mövzu gecəsi keçirildi. Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri aparan 15 saylı filialın müdiri Şəhla İlyasova 15 iyun Milli Qurtuluş Günü haqqında danışdı, qeyd etdi ki, bu tarixi yaradan və Doğma Yurdumuz Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevdir. Sonra tədbirdə Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin tarix müəllimi Sevinc Əhmədova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülşən Hüseynova, İngilis dili müəllimi Samirə Hüseynova, filialın böyük kitabxanaçısı Səkinə Kərimova çıxış etdilər. Çıxışçılar əvəzolunmaz şəxsiyyət Heydər Əliyevin demək olar hər bir sahədə xalqımız üçün
etdiyi böyük quruculuq işlərindən danışdılar, 15 iyun Milli Qurtuluş Gününün xalqımızın taleyini dəyişən zəfər tarixi olduğunu qeyd etdilər. Daha sonra məktəblilər Vətənimizə, Ulu Öndər Heydər Əliyevə, Şəhidlərə həsr olunmuş şeirlər söylədilər.

 

1.2 MB