Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18.09.2018-ci il-Milli musiqi bayramı

18.09.2018

F.Hacıyev adına Gəncə şəhər 2№ -li Uşaq musiqi məktəbində 18 Sentyabr Milli Musiqi günü münasibəti ilə konsert oldu.

Məktəbin direktoru Qahirə Məmmədova çıxış edərək Milli musiqi günü münasibəti ilə bütün iştirakçıları təbrik etdi.

Məktəbin fortepiano müəllimi Çinarə Məmmədova Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə məlumat verdi.

Sonra məktəbin şagird və müəllimlərinin hazırladıqları konsert proqramı təqdim olundu.