13.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 12.06.2023-cü il tarixdə “Nağıl saatı” layihəsi çərçivəsində “Hüseynqulu xan” nağılının oxu və müzakirəsi keçirildi. Tədbiri 15 saylı filialın böyük kitabxanaçısı Səkinə Kərimova apardı. O, ilk öncə nağılı ifadəli şəkildə oxudu sonra isə onun daha yaxşı mənimsənilməsi üçün müzakirəsini təşkil etdi. Müzakirə zamanı xalqımızın
yadellilərə qarşı apardığı mübarizələr, xalqımızın torpaq, vətən sevgisi ön plana çəkildi. Xoş əhval-ruhiyyədə keçən “Nağıl saatı”nın sonunda aparıcı məktəblilərə müzakirədə fəallıq nümayiş etdirdikləri üçün öz minnətdarlığını bildirdi və tədbiri yekunlaşdırdı.