13.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 13.06.2023-cü il tarixdə xalq şairi Rəfilbəyli Nigar Xudadat qızının anadan olmasının 110 illiyi münasibəti ilə “Nigar yaradıcılığına səyahət” adlı şeir gecəsi keçirtdi. İlk öncə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açıq elan edən böyük kitabxanaçı Təranə Həsənova Nigar Rəfilbəylinin həyat və yaradıcılığı, Gəncə şəhər 37 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla İbrahimova Gəncə şairələrinin yazdıqları janrlar haqqında məlumat verdilər. Həmçinin məktəbin kitabxana müdiri Əminəxatun Yusibova çıxış edərək Nigar Rəfilbəyli poeziyasının oxucuları uzun müddət təsir altında saxlamağı bacaran bir poeziya olduğunu qeyd etdi. Tədbirdə iştirak edən şagirdlər şairənin şeirlərini söylədilər və şeirlər əsasında bəstələnən mahnılar ifa etdilər.