Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixin dönüş anı” başlığı altında mövzu saatı keçirilib

13.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 13.06.2023-cü ildə 4 saylı məktəbin müəllim kollektivi və müxtəlif oxucu qrupları ilə birlikdə 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar “Tarixin dönüş anı” başlığı altında mövzu saatı keçirdi.Tədbiri 1 saylı kitabxana filialının böyük kitabxanaçısı Lalə Kərimzadə açaraq qeyd etdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan  1993-cü il 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. 4 saylı məktəbin ibtidai sinif müəllimi Ruqiyyə Abdullayeva 15 iyun Qurtuluş günü ilə əlaqədar “Vətənin xilası, xalqın qurtuluşu” başlığı altında çıxış etdi. O, qurtuluş gününün yaranma tarixini və onun mahiyyətini açdı. 4 saylı məktəbin ingilis dili müəllimi Leyla Camalzadə bildirdi ki, tariximizə daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan- Heydər Əliyevdir. Dövrünün dahi müasiri - Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqının milli qurtuluşunu təmin etdi. 1 saylı kitabxana filialının müdiri Məlikova Züleyxa qeyd etdi ki,uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Kitabxanamızda Milli Qurtuluş günü ili əlaqədar sərgi təşkil edilmişdi. Sərgi ilə iştirakçıları 1 saylı filialın böyük
kitabxanaçısı Lalə Kərimzadə tanış etdi. İştirakçılar tədbirdən xoş təəssuratlarla ayrıldılar.

 

2.8 MB