13.06.2023
13.06.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları və Xocalı rayon Mədəni-Maarif müəssisələrinin birgə təşkilatçılığı ilə "18 may-18 iyun İnsan hüquqların aylığı ilə əlaqədar," Hər kəsin doğulduğu andan toxunulmaz ayrılmaz hüquqları və azadlıqları" vardır başlığı altında tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və tədbiri Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyin direktoru Tofiq Məmmədov açaraq ilk öncə insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğuladı, sonra muzeyin kiçik elmi işçisi Mirəli Mirzalılı məruzə ilə çıxış etdi, daha sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı.