13.06.2023
12 iyun 2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli ” çərçivəsində Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” adlı dəyirmi masa keçirildi. Tədbirdə Goranboy şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi İlhamə Qasımova və şagirdləri, Mədəniyyət işçisi, ictimai fəal Elçin Tağıyev iştirak etdilər. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva açaraq Milli Qurtuluş Gününün sadəcə təqvim bayramı deyil böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu vurğuladı. Goranboy şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi İlhamə Qasımova Milli Qurtuluş Günü haqqında ətraflı məlumat verdi. Şəhər 2 saylı tam orta məktəbin şagirdləri Rüstəmova Dürdanə, Xəlilova Nuray , Həsənəlizadə Fidan Qurtuluş Gününə həsr olunmuş şeirlər səsləndirdilər.Mərkəzi Kitabxananın Abonoment bölmə müdiri Gülnar Nəcəfli mövzu ətrafında çıxışını davam etdirdi. Mərkəzi Kitabxananın Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva tədbir iştirakçılarını bu bayram günü münasibətilə təbrik etdi və öz minnətdarlığını bildirdi. Mərkəzi Kitabxananın təşkil etdiyi 15 iyun- Milli Qurtuluş Günü başlıqlı kitab sərgisinə baxış keçirildi. Sonda 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx izlənildi.