13.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət evində Qaraçinar kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 15-İyun Milli Qurtuluş Gununə həsr olunmuş "Xalqın xilaskarı"adlı dəyirmi masa keçirilib.
Dəyirmi masada Şəfəq və Qaraçinar kənd İcra nümayəndələri, Şəfəq kənd Uşaq Bağçasının kollektivi,müəllimlər, kənd sakinləri və məktəblilər iştirak etmişdilər.
İlk öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Şəfəq kənd Mədəniyyət evinin direktoru Samirə Kazımova iştirakçıları əlamətdar gün münasibət ilə təbrik edərək bildirib ki,15 İyun tarixi Azərbaycan xalqının həyatında böyük əhəmiyyətə malikdir.Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı,tamam fərqli bir Azərbaycanda yaşamaga məhkum olardıq deyə bildirmişdir.Çıxış edən Qaraçinar kənd Mədəniyyət evinin bədii rəhbəri Xalidə Ələkbərova Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında ikinci dəfə rəhbərliyə qayıtdıgı illərdən geniş və ətraflı məlumat verərək bildirdi ki, Heydər Əliyevin qayıdışı bizi bu bəlalardan qutardı və dövlət çevrilişlərinin qarşısı alındı.
Daha sonra çıxış edən Qaraçinar kənd İcra nümayəndəsi Rəşid Xuduyev qeyd etmişdir ki, qısa zaman kəsiyində dövləti bir yumruq altında birləşdirməyi bacaran dahi rəhbər özündən sonra güclü dövlətin özəyini quraraq ,canından çox sevdiyi xalqının gələcək taleyini,laiqli davamçısı İlham Əliyevə etibar etdi.Ölkə başçımızın yorulmaz fəaliyyəti Heydər Əliyevin uğurlu davamı 2020 -ci ildə başlanan Vətən müharibəmizin Zəfərlə başa çatmasını təmin etdi deyərək Rəşid Xuduyev bildirmişdi.
Məktəblilərin ifasında şer parçaları səslənmiş və Şəfəq kənd Mədəniyyət evinde yaradılmış,Ulu öndər Heydər Əliyevə həsr olunmuş xatirə guşəsinə baxış keçirilmişdir.