13.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 12.06.2023-cü il tarixində 18 saylı orta məktəbdə xalq yazıçısı, ssenarist Hüseynov İsa Mustafa oğlunun anadan olmasının 95 illiyi ilə əlaqədar ədəbiyyat saatı keçirdi.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Filialın müdiri Firuzə Yunusova yazıçısının həyat və yaradıcılığından bəhs edərək bildirdi ki, İsa Hüseynov ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, yeni nəsrin yaradıcılarından idi. O, öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, ”Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm” və digər zəngin kitabların müəllifi olub. Onun Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Tədbirdə 18 saylı məktəbin şagirdləri iştirak etdilər.