Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniya gələcəyi olmayan həyat” adlı söhbət keçirilib

13.06.2023

12.06.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi K.D.Uşinski adina 29 nömrəli tam orta məktəbdə “Narkomaniya gələcəyi olmayan həyat” adlı söhbət keçirtdi. Tədbiri giriş sözü ilə oxu zalının müdiri Əfsanə Bağırova açaraq ilk növbədə tədbirin məqsədi və əhəmiyyətindən söhbət apardı. Müasir dövrün ən qorxulu
bəlalarından olan narkomaniya və onun fəsadlarından, gətirdiyi faciələrdən məlumat verdi. Bildirdi ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizə yalnız dövlətin deyil, eləcədə cəmiyyətin hər bir üzvünün fəal rol oynaması zəruridir. Tədbirdə iştirak edən məktəbin təşkilat rəhbəri Vüsalə Məmmədova və tibb bacısı Afaq Sadıxova məktəblilərə bu məhvedici xəstəliyə düçar olmaması üçün nələrə
diqqət yetirmələrini, hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub, heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini, narkotiklərə aludə olmağın nəticələrindən maarifləndirici söhbət apardılar. Tədbirdə həmçinin qeyd olundu ku, ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il
tarixdə müvafiq fərman imzalamışdır. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı və “Narkomaniyaya yox deyək” adlı videoçarx nümayiş olundu.

 

5.2 MB