12.06.2023
12.06.2023-cü il tarixdə Naftalan şəhərinə istirahətə gələn SanSity sanatoroyasında müalicə alan Qazaxıstan Respublikasından olan turistlər şəhər Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etdilər. Ziyarət əsasında qonaqlara onların adət-ənənələri ilə olan oxşarlıq, bizi bir yerə gətirən dəyərlərimiz, adət-ənənələrimiz, mədəniyyətimiz, ümumiyyətlə türkdilli mənanın oxşarlıq xüsusiyyətlərindən söhbət aparıldı. Sonda qonaqlar muzeyimiz və şəhərimiz haqqında öz təsüratlarını xatirə dəftərinə qeyd etdilər.