Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixin Böyük şəxsiyyəti “ adlı dəyirmi masa keçirilib

12.06.2023

12 İyun 2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mədəniyyət Mərkəzində “ 15 İyun
Milli Qurtuluş Günü “ ilə əlaqədar “Tarixin Böyük şəxsiyyəti “ adlı dəyirmi masa keçirildi. İlk öncə Azərbaycan Respublikasının suverenliyinin qorunmasında və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Dövlət Himni səsləndirildi. Gəncə şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova çıxış edərək qeyd etdi ki, 15 İyun 1993- cü ildə Müstəqil Azərbaycan Respublikasının memarı qurucusu ,fenomenal tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixə” Milli Qurtuluş Günü “ kimi daxil oldu. İllər sonra “Milli Qurtuluş Gününü “ bayram edərək keçilmiş yola bir daha nəzər salındıqda keçməkeşli tariximizdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında fədəkarlığı ilə fəxr etməyə bilmirsən .

 

113.8 KB