12.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Zeyvə Kənd Folklor Evində Goranboy rayon Zeyvə kənd sakini, 1-ci Qarabağ müharibəsi Şəhidi Nicat Məhərrəm oğlu Səfərova həsr edilmiş "Şəhidlik ən uca zirvədir" adlı anım tədbiri keçirilmişdir.
Keçirilən tədbirdə mədəniyyət işçiləri, 1-ci Qarabağ müharibəsinin və 44 günlük vətən müharibəsinin Şəhid ailələri, Şəhidin döyüş yoldaşları, Zeyvə Kənd İcra Nümayəndəliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri, məktəblilər iştrak etmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Zeyvə kənd Folklor Evinin direktoru Aygül Rəsulova çıxış edərək tədbir iştrakçılarını salamlamış, Şəhid ailələrinə dərin hüzünlə başsağlığı verərək uca Allahdan rəhmət Qazilərimizə sağlam həyat tərzi arzulamışdır. Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində yüzlərlə Goranboylu gənclərin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu A. Rəsulova söyləyib.
Zeyvə Kənd Folklor Evinin əməkdaşı Xəyalə Məhərrəmova Şəhid Nicat Səfərovun həyatı və onun keçdiyi şərəfli ömür yolundan söhbət açaraq geniş məlumat verdi.
Çıxış edən ictimaiyyətçi Rahman Safarov tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib.
Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırılıb.
Çıxış edən Goranboy batalyonun komandiri Rasim Əkbərov Şəhid ailələrinin hüquqlarını müdafiə etmək, onların sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həllinə köməklik göstərmək məqsədilə “Yaşat” Fondunun və yerli icra hakimyyəti orqanlarının strukturlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılması şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının bariz nümunəsidir deyə bildirmişdir.
Mədəniyyət işçisi Elçin Tağıyev çıxış edərək bildirib ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Goranboy rayonunda da Şəhid ailələrinə daim diqqət və qayğı göstərilir.
Həçinin Goranboy Rayon İcra Hakimiyyətind yaradılmış qruplar tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri mütəmadi ziyarət olunur, onların qayğıları, ailələr tərəfindən qaldırılan məsələlər dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür deyə E. Tağıyev bildirmişdir.
Görüşdə çıxış edən Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda Şəhid ailələri ilə görüşlərin təşkil edilməsini və bu cür tədbirlərin təşkil edilməsində əməyi olan mədəniyyət işçilərinə dərin təşəkkürlərini bildirdilər.
Sonda Şəhid ailəsinə Mədəniyyət işçiləri tərəfindən Şəhidlərimizin şəkili əks olunmuş Şəhid-Xatirə-Güşəsi təqdim edilmişdir.
Tədbir məktəblilərin hazırladıqları vətənpərvərlik mövzusunda şeir parçaları ilə davam etdirilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.