12.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Bülbül adına 3 saylı Uşaq Musiqi məktəbində “18 may - 18 iyun «İnsan Hüquqları aylığı»” çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Svetlana Hüseynova çıxış edərək ölkəmizin insan hüquq və azadlıqlarının qorunmasında demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi barəsində məlumat vermişdir. Həmçinin, fortepiano şöbəsinin müəllimi Mustafayeva Təranə bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir.
Beləliklə, tam əsasla vurğulaya bilərik ki, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" ulu öndərimiz tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə real zəmanət verir.