09.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Qaradağlı kənd Diyarşünaslıq Evində Xoylu Kənd Mədəniyyət Evi, Şadılı, Xoylu kənd Klubları və Şadılı Xoylu kənd Kitabxana Filiallarının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Əbədiyaşar Lider" adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Mədəniyyət işçiləri, Vətən müharibəsinin Şəhid ailəsi, İctimaiyyət nümayəndələri, Qaradağlı Kənd İcra Nümayəndəliyinin əməkdaşları, bir qrup kənd sakinləri Goranboy rayon Qaradağlı kənd Mübariz Səfərov adına tam orta məktəbin direktoru, müəllimlər və şagirdlər iştrak etmişdir.
Tədbiri giriş sözü ilə açan Diyarşünaslıq Evinin direktoru Dilbazi Əliyeva tədbir iştrakçılarını salamlayaraq keçirilən tədbir haqqında geniş məlumat vermişdir.
Tədbirdə çıxış edən Qaradağlı kənd tam orta məktəbin direktoru Rəşad Məmmədov, Ülkər Hümbətova Mədəniyyət işçilərindən Elçin Tağıyev, Təranə Alıyeva, Bahar Məmmədova, Dünya Nəbiyeva, Rəsmiyyə Xəlilova Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyü, ölkəmizin bu günü, gələcəyi üçün zəngin irs qoyduğu vurğulanıb.
Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətin ən yüksək zirvələri fəth edərək, qızıl hərflərdən ibarət tarix yazdığı və Ulu Öndərin ideyalarının əbədi olaraq yaşadığı qeyd edilib.
Bədii hissədə Qaradağlı kənd tam orta məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilib, musiqi nömrələri ifa olunub.