Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İnsan hüquqları nədir?” başlığı altında sual-cavab gecəsi keçirilib

09.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 09.05.2023-ci il tarixində K.D.Uşinski adına 29 nömrəli tam orta məktəb də 18 İyun Azərbaycan Respublikasında İnsan hüququları günü ilə əlaqədar “İnsan hüquqları nədir?” başlığı altında sual-cavab gecəsi keçirtdi. Tədbiri aparan şöbənin baş kitabxanaçısı Aytən Əliyeva bildirdi ki, tarixi inkişaf mərhələlərindən keçən bəşər  sivilizasiyasının son nəticədə qazandığı ən böyük nailiyyətlərdən biri insan hüquqlarına hörmət anlayışıdır. İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir. Hər bir insan  ayrı-seçkiliyə məruz qalmamaq, yaşamaq, söz azadlığı, təhsil almaq və digər  hüquqlara malikdir. İnsan hüquqları bütün şəxslər üçün bərabər və daimi , hər bir ölkədəki insanlar üçün eynidir.

Tədbirdə iştirak edən K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin təşkilat rəhbəri Vüsalə Məmmədova və tarix müəlliməsi Arzu Quliyeva qeyd etdi ki, hər birimiz yaxşı bilirik ki, inkişaf etmiş sivil cəmiyyətin əsas əlamətini onun məhz qanunlar əsasında idarəolunması təşkil edir. İnsan hüquqları dünyadakı hər bir fərdin sadəcə insan olması faktına görə malik olduğu mənəvi hüquqlardır. Öz insan hüquqlarımızı biz, adətən, öz hökumətimizə mənəvi tələb irəli sürməklə bildiririk. heç bir şəxs, heç bir hökumət – bizim insan hüquqlarımızı əlimizdən ala bilməz.

Tədbirin sonunda şagirdlərə mövzu ilə bağlı hazırlanan suallar verildi və tədbir diskusiya şəklində davam etdi.

 

3.8 MB