Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hüquqlarımızı bilirikmi?!” adlı söhbət keçirilib

09.06.2023

08.06.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında İnsan hüquqlarının müdafiəsi ilə bağlı “Hüquqlarımızı bilirikmi?!” adlı söhbət keçirildi.

Tədbiri 11 saylı filialın müdiri Esmira Həsənova açaraq bildirdi ki, Azərbaycanda insan haqları və ya Azərbaycanda insan hüquqları — 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.

Daha sonra isə tədbir iştirakçıları ilə birlikdə mövzu ətrafında sual-cavab şəklində fikir mübadiləsi edildi.

Tədbirdə 3 saylı litseyin tələbələri, turizm müəllimi Mehri İbrahimova və kitabxananın fəal oxucuları iştirak etdi.

 

191.5 KB