Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hüquqlarımız azadlığımızdır” adlı tədbir keçirilib

08.06.2023

08.06.2023-cü il tarixində Xocalı rayon Mədəniyyət evində rayon Mədəniyyət evi- nin, Xocalı rayon Mərkəzi Kitabxanasının və Xocalı şəhər 5 nömrəli klubunun birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Hüquqlarımız azadlığımızdır” adlı tədbir keçirildi. Tədbirdə adı çəkilən mədəniyyət müəssisələrinin işçiləri iştirak etdilər. Xocalı şəhər 5 nömrəli klubunun müdiri Diliş Şahverdiyeva Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ilə bağlı tədbirin yaranması və mahiyyəti ilə əlaqədar məruzə ilə çıxış etdi. O çıxışında bildirdi ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-ə kimi ölkədə “İnsan Hüquqları Aylığı” elan edilir. Artıq 15 ildən çoxdur ki, bu əlamətdar gün ölkəmizdə geniş qeyd edilir və bu, müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin parlaq təzahürü kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Xocalı rayon Mədəniyyət evinin bədii rəhbəri Təranə Qasımova çıxış edərək bildirdi ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır. O həmçinin insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən müstəqil Azərbaycanın ilk Konstitusiyasının Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul
olunduğunu, Azərbaycanda mövcud olan dinlərarası, məzhəblərarası sülh, əmin- amanlıq və qarşılıqlı hörmət çərçivəsində birgəyaşayış modelinin bütün dünyaya nümunə olduğunu vurğulayıb. Xocalı rayon Mədəniyyət evinin direktoru Hafiz Abbasov çıxışında bildirdi ki,  Azərbaycanda insan hüquqlarının inkişafı siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda insan hüquqları sahəsində ilk Dövlət proqramı Prezident Heydər Əliyev tərəfindən təsdiq edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasətinin artıq milli strategiya kimi formalaşıb, dövlət başçısı tərəfindən təsdiq edilmiş insan hüquqlarına dair Milli Fəaliyyət Planı və Proqramı ilə insan hüquqları sahəsində yeni inkişaf mərhələsinin əsası qoyulub. Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də insan hüquqlarına, xüsusilə də uşaq hüquqlarının qorunmasına xüsusi diqqət göstərilir.

 

186.2 KB